Yaxın illərdə NATO ilə Rusiya arasında hərbi münaqişə ehtimalı son dərəcə aşağıdır.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Litva Silahlı Qüvvələrinin komandanı Valdemaras Rupşis Žinių Radijas radiosunda bildirib.
Onun fikrincə, şərtlər hər bir halda dəyişə bilər. Komandir bəyan edib ki, hazırda Rusiya Ukrayna münaqişəsinə fokuslanıb və Rusiya Silahlı Qüvvələri dərhal təhlükə yaratmır. Rupşis həmçinin Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi tənqid edib. Litva Silahlı Qüvvələrinin komandirinin sözlərinə görə, o, hərbi məsləhət vermək qabiliyyətinə malik deyil, bu prosesdə müəyyən çaşqınlıq yaradır.
Rupşis vurğulayıb ki, Qərb ölkələri müdafiə potensialını itirmiş, hərbi istehsal imkanları artmış, lakin müasir tələbləri ödəyə bilmir.
//Gülnarə Abasova, Editor.az