Litva prezidenti: Rusiyanın məğlubiyyəti Putin erasının sonu olacaqbackend

Litva prezidenti: Rusiyanın məğlubiyyəti Putin erasının sonu olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva prezidenti: Rusiyanın məğlubiyyəti Putin erasının sonu olacaq də hər şeyi etmək lazımdır ki, qələbə Ukraynanın olsun.

Editor.az xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda bildirib. “Düşünürəm ki, Putinin Ukraynada bəxti gətirsə, daha sonra o, “bizə gələcək”.

Burada söhbət təkcə Litvadan getmir, növbəti hədəf Moldova, Rumıniya, Baltikyanı ölkələr, Polşa ola bilər. Bu imperiyada iştah hədsizdir”, – Nauseda bildirib. Prezidentin sözlərinə görə, Litvanın təhlükəsizliyi yalnız Ukraynada müharibənin başa çatmasından asılı olacaq. “Ölkəmizi Putinin təcavüzündən qoruyacaq yeganə ssenari Ukraynanın uğurudur. Əgər Putin dayandırılarsa, bu, onun dövrünün sonu ola bilər”, – Nauseda bildirib. Rusiyanın nüvə silahından istifadəsindən yaranacaq təhlükə ilə bağlı sualı cavablandıran Nauseda vurğulayıb ki, Rusiyanın hərəkətlərini dayandırmaq üçün mümkün olan hər şey edilməlidir. “Əgər biz heç nə etməsək, bu, Putin üçün öz fəaliyyətini davam etdirməyə birbaşa çağırış olacaq”, – Litva prezidenti əlavə edib.

Editor.az