Litva Rusiya ilə müqavilələri ləğv etmək qərarına gəlibbackend

Litva Rusiya ilə müqavilələri ləğv etmək qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Rusiya və Belarusla çoxtərəfli sazişlərlə əvəz oluna bilən bəzi sazişləri ləğv etməyi planlaşdırır.

Editor.az bu barədə rus mətbuatına istinadla xəbər verir.

Bildirilir ki, Litva hökuməti qalan təkliflər üzrə razılıq əldə olunduğu halda, bu gün, yəni mayın 22-də dörd razılaşmanın ləğvi barədə qərar qəbul etməlidir. Litva ilə Rusiya və Belarus hökumətləri arasında investisiyaların təşviqi və müdafiəsi, ticarət-iqtisadi münasibətlərə dair sazişlərə xitam verilməsi təklif edilir.

Litva Ədliyyə Nazirliyi Rusiya Federasiyası ilə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlərə dair müqavilələrə, respublikanın Maliyyə Nazirliyi isə Rusiya Federasiyası ilə ikili rəftarın qarşısının alınmasına dair müqavilələrə xitam verilməsini təklif edib.

Mayın 22-də Litvanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının respublikadakı müvəqqəti işlər vəkili Aleksandr Elkini görüşə çağırıb.

//Gülnarə Abasova, Editor.az