Litva Rusiya səfirliyinin əməkdaşını qovur: beş gün vaxt verildibackend

Litva Rusiya səfirliyinin əməkdaşını qovur: beş gün vaxt verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Litvadakı səfirliyinin əməkdaşı “persona non-qrata” elan edilib.

Editor.az bildirir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətə görə ona beş gün ərzində ölkəni tərk etmək əmri verilib.

“Dekabrın 1-də Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb. Ona diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətə görə Rusiyanın Litvadakı səfirliyinin əməkdaşının persona non qrata (PNG) elan edilməsi barədə nota verilib”, – hesabatda deyilir.

  //Samir Qurbanov, Editor.az