Litva Rusiyanın müvəqqəti işlər vəkilini qovurbackend

Litva Rusiyanın müvəqqəti işlər vəkilini qovur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Rusiyanın ölkədəki müvəqqəti işlər vəkili Sergey Ryabokonu “persona non-qrata” elan edib.

O, beş gün ərzində Litvanı tərk etməlidir.

“Litva tərəfinin bu qərarı səlahiyyətli orqanlar tərəfindən verilən məlumatlar nəzərə alınaraq, S.Ryabokonun son hərəkətlərinin və bəyanatlarının diplomat statusu ilə bir araya sığmadığı əsas gətirilərək verilib. Onun davranışları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər ki, bu da Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulması hesab olunur”, – Litva Xarici İşlər Nazirliyindən bildirilib.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi cavab tədbirləri görəcəyinə söz verib.

Oxu.az