Litvada həkimlərdən “ikinci dalğa” xəbərdarlığıbackend

Litvada həkimlərdən “ikinci dalğa” xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusla bağlı gərginlik artmaqda davam edir. Həkimlər koronavirus dalğasının gözlənildiyindən daha tez baş verəcəyindən ehtiyat edirlər. Artıq sentyabr ayının ortalarından etibarən koronavirusa yoluxma halları kəskin arta bilər. Qorunma vasitələri isə bir ay yarım müddətə kifayət edir.
Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Litva Tibb İşçiləri Hərəkatının rəhbəri Jivile Qudleviçene ölkənin “LNK” telekanalına müsahibəsində deyib.

Bildirilib ki, payızda işin necə təşkil olunacağı hələ aydın deyil: karantin dövründə olduğu kimi planlaşdırılan müalicənin yenidən dayandırılıb-dayandırılmayacağı hələ məlum deyil.

“Bu müəssisələrin gələcəyi ilə bağlı dəqiq fəaliyyət planı yoxdur. Hələ ki, məlum deyil bütün xəstəxanaları bağlayıb, təkcə koronavirusun müalicəsi ilə məşğul olunacaq, yoxsa koronavirusa yoluxanlara uzaq məsafədən yalnız məsləhətlər veriləcək, ola bilsin xəstəxanalar indiki kimi çalışacaq”, – Jivile Qudleviçene əlavə edib.