Litvada Rusiya telekanallarına giriş cinayət məsuliyyəti daşıyacaqbackend

Litvada Rusiya telekanallarına giriş cinayət məsuliyyəti daşıyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Radio və Televiziya Komissiyası internet provayderlərinə ölkədə qadağan olunmuş beş Rusiya telekanalının: “Rossiya 1”, “Rossiya 24”, RTR Planet, NTV və Birinci Kanalın İP ünvanlarına girişi bloklamağı tapşırıb.

Editor.az bildirir ki, bu barədə komissiyanın mətbuat xidməti məlumat yayıb. “Monitorinq zamanı məlum olub ki, qadağan olunmuş NTV, Birinci Kanal, “Rossiya 1”, “Rossiya 24” və “RTR Planet” telekanallarının paketlərinin qəbulu serverlərin İP ünvanlarından istifadə etməklə həyata keçirilir”, – komissiyanın açıqlamasında bildirilir.

Bu beş telekanalın, eləcə də “Qazprom Media”nın nəzarətində olan 27 digər kanalın yayımı 2022-ci ildə Litvada qadağan edilib. IP ünvanlarına giriş beş iş günü ərzində bloklanmalıdır. Komissiya xatırladıb ki, “beynəlxalq sanksiyaların pozulması inzibati və cinayət məsuliyyətinə səbəb olur”.

  //Samir Qurbanov, Editor.az