Litvalılar Bayraktar TB2 üçün pul yığır: iki günə fantastik rəqəmbackend

Litvalılar Bayraktar TB2 üçün pul yığır: iki günə fantastik rəqəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvada Ukrayna hərbçiləri üçün Bayraktar TB2 üçün vəsait toplama kampaniyasının startından iki gün sonra lazım olan məbləğin böyük hissəsi artıq toplanıb.

Editor.az “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə kampaniyanın təşəbbüskarı jurnalist və ideya müllifi Andrius Tapinas məlumat veib. Xəbərə görə, mayın 27-də saat 15:00 radələrində Tapinas Bayraktar TB2 üçün tələb olunan 5 milyon avrodan 3 milyon avronu artıq köçürdüklərini açıqlayıb. Kampaniyaya hətta Litvanın keçmiş prezidenti Dalya Qribauskayte də qoşulub. “Ən önəmlisi odur ki, bu məbləğ kiçik rəqəmlərdən – 1- 500 avroya qədər olan dəstəkdən yığılıb. Yalnız bir 5 rəqəmli məbləğ var – 20 min avro, onu da bir şirkət köçürüb. Xaricdən gələn dəstək də artır”, – jurnalist bildirib. Qeyd edək ki, Tapinas mayın 25-də Litva və Türkiyə Müdafiə nazirliklərindən və istehsalçıdan potensial satınalma üçün razılıq aldığını deyərək bu kampaniyaya başlayıb. Mayın 26-da Litvanın yüksək səviyyəli rəsmilərinin və Ukrayna səfirinin iştirakı ilə ona dəstək üçün xüsusi veriliş keçirilib.

  Editor.az