Litvanın xarici işlər naziri: Bütün Avropa ölkələri Rusiya səfirlərini qovmalıdırbackend

Litvanın xarici işlər naziri: Bütün Avropa ölkələri Rusiya səfirlərini qovmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, bütün Avropa ölkələri Baltikyanı ölkələr kimi Rusiya səfirlərini göndərməlidir.

Editor.az bildirir ki, bunu Landsbergis Riqada Baltikyanı ölkələr və Polşa xarici işlər nazirləri arasında görüşün keçirildiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya səfirlərini Avropada saxlamağın mənası yoxdur: “Rusiya səfirlərini Avropa paytaxtlarının heç birində saxlamağın mənası yoxdur.

Əksər hallarda bunlar, artıq diplomatik qurumlar deyil, müharibə cinayətlərini ört-basdır edən və ümumilikdə soyqırım təbliğatını təbliğ edən təbliğat qurumlarıdır”, – Landsbergis deyib. 2022-ci ilin aprelində Litva Rusiya ilə diplomatik münasibətlərin səviyyəsi kəskin düşüb və rus diplomatlarını ölkədən çıxardıb. Bu ilin yanvarında isə Estoniya Rusiya səfiri Vladimir Lipayevi göndərib. Oxşar tədbirlər Latviya tərəfindən Litva və Estoniya ilə həmrəylik əlaməti olaraq həyata keçirilib.

  //Samir Qurbanov, Editor.az