Livan səfiri Rusiya və Ukraynanı sülh danışıqlarına başlamağa çağırıbbackend

Livan səfiri Rusiya və Ukraynanı sülh danışıqlarına başlamağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan Rusiya və Ukraynanı silahlı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara başlamağa çağırır.

Editor.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Yaxın Şərq dövlətinin Moskvadakı səfiri Şövki Bu Nassar bildirib. Diplomat vurğulayıb ki, Beyrut hər zaman bütün münaqişələrin harada baş verməsindən asılı olmayaraq dialoq yolu ilə həllinə çağırır. Rusiya prezidenti Vladimir Putin iyunun 14-də Xarici İşlər Nazirliyinin rəhbərləri ilə görüşündə bildirib ki, Kiyev Rusiya-Ukrayna sülh danışıqlarına başlamaq üçün KXDR, LXR və Xerson ərazisindən qoşunlarını çıxarmalıdır.

Rusiya lideri vurğulayıb ki, Ukrayna tərəfi bu şərti qəbul etdikdən sonra hərbi əməliyyatlar dərhal başa çatacaq. Bundan əlavə, Kiyev Şimali Atlantika Alyansına qoşulmaq planlarından imtina etdiyini rəsmən elan etməlidir.

//Gülnarə Abasova, Editor.az