Livan hökuməti Suriya prezidenti Bəşər Əsəd hökuməti ilə yeni gömrük qapısının açılması ilə bağlı yeni elektrik stansiyasının tikintisini təsdiqləyib.
Editor.az xəbər verir ki, Livanın İnformasiya Nazirliyi paytaxt Beyrutdakı hökumət sarayında keçirilən kabinet iclasından sonra yazılı açıqlama yayıb.
Bəyanatda bildirilib ki, kabinet elektrik enerjisi sektorunun inkişafı üzrə milli planı təsdiq edib. Nazirlər Kabinetinin ölkədə yeni elektrik enerjisi istehsalı müəssisəsi və paylayıcı şəbəkənin tikintisi ilə bağlı tenderin keçirilməsinə qərar verdiyini qeyd edərək tenderin sürətləndirilməsinə və bütün işlərə Livanın energetika naziri Valid Fəyyadın cavabdeh olacağı qeyd edilib.
Görüşdən sonra mətbuata açıqlama verən Livanın İctimai İşlər və Nəqliyyat Naziri Əli Hamiyə hökumətin Livanın şimal-şərqindəki Hermel bölgəsindən Suriyaya yeni sərhəd qapısının açılmasını təsdiqlədiyini bildirib.
//Gülnarə Abasova, Editor.az

