Livan və Küveytdə “Barbie” filmi qadağan edildibackend

Livan və Küveytdə “Barbie” filmi qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt hakimiyyəti ictimai əxlaqi və dini dəyərləri qorumaq məqsədilə “Barbie” və “Talk to Me” filmlərini qadağan edib.

Editor.az ölkənin rəsmi xəbər agentliyi KUNA-da yer alan məlumatlara istinadla xəbər verir ki, bu barədə İnformasiya Nazirliyi Mətbuat və Nəşr Müşavirinin müavini və Kino Filmlərinə Nəzarət Komitəsinin rəhbəri Lafi əs-Sabii məlumat verib. Komitənin ictimai əxlaqı və ictimai ənənələri qorumaq səyləri çərçivəsində sözügedən filmlərin nümayişinə qadağa qoyulduğuna işarə edən Sabii sözlərini belə davam etdirdi: “Komitə filmin nümayişinə icazə verməzdən əvvəl narahatedici səhnələrin silinməsini tələb edir. Əgər filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesaj varsa, onun yayımlanması qadağandır. Bu, eyni məzmunlu istənilən filmə aiddir. bu, xalqımızın dəyərlərinə, adət-ənənələrinə uyğun gəlmir”.

Livan da həmçinin Barbie filminin “əxlaqi və dini” dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbilə yayımlanmayacağını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az