Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2024-cü il sentyabrın 17-dən bəri Livanda hücumlar nəticəsində 23 səhiyyə müəssisəsi zərər görüb.
72 nəfər həlak olub, 43 nəfər yaralanıb. Söhbət tibb işçilərindən və xəstələrdən gedir. 15 hadisə tibb müəssisələrində, 13-də isə tibbi nəqliyyatda qeydə alınıb.
ÜST-ün hesabatında qeyd olunur ki, Livanla münaqişənin kəskinləşməsi ölkənin cənubunda fəaliyyət göstərən 207 ilkin tibbi yardım mərkəzindən 100-nün bağlanmasına səbəb olub. Səbəb zərər və ya yaxınlıqdakı “ağır bomba”dır. Beş xəstəxana tamamilə, digər beş xəstəxana isə qismən təxliyə edilib. Onkoloji xəstələr “artan ehtiyaclar səbəbindən həddindən artıq yüklənmiş” digər xəstəxanalara göndərilir. ÜST qeyd edir ki, dializ mərkəzləri avadanlıq və işçi çatışmazlığı ilə üzləşir.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda “Şimal oxları” adlı hücum əməliyyatına başladığını elan edib. Məqsəd evakuasiya edilmiş 60 min israillinin İsrailin şimalındakı sərhəd icmalarına təhlükəsiz qayıtmasını təmin etmək üçün “Hizbullah”dan gələn təhdidləri aradan qaldırmaqdır.
//Samir Qurbanov, Editor.az