Livanda ABŞ səfirliyinə silahlı hücum olubbackend

Livanda ABŞ səfirliyinə silahlı hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum şəxslər ABŞ-ın Livandakı səfirliyinin binasına “Nissan Pathfinder” avtomobilindən atəş açıb.

Editor.az səfirliyin sözçüsü Ceyk Nelsona istinadən bildirir ki, nəticədə təhlükəsizlik maşını zədələnib.

“Al-Arabiya” yazır ki, atıcı silahlardan atəş açıldığı barədə məlumat yerli vaxtla 22:37-də daxil olub.

“Heç bir xəsarət alan olmayıb, obyektimiz təhlükəsizdir. Biz ev sahibi ölkənin hüquq-mühafizə orqanları ilə sıx əlaqə saxlayırıq”, – Ceyk Nelson bildirib.

Qeyd edək ki, ABŞ səfirliyi Beyrutun şimalında, Akkar əyalətində yerləşir.

Əvvəlki diplomatik missiya binası paytaxtın Ayn əl-Mrais sahilində yerləşirdi. Bina 1983-cü ildə partladılmış və 63 nəfər həlak olmuşdu.

//Samir Qurbanov, Editor.az