Livanda daha bir nazir istefaya gedibbackend

Livanda daha bir nazir istefaya gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın ətraf mühit və inzibati inkişaf naziri Damianos Kattar istefaya gedib.

Bu barədə Damianos Kattar özü məlumat verib.

D.Kattar bildirib ki, sistemin bütün mexanizmləri çoxdan köhnəlib, məhsuldar deyil və bir çox fürsəti əldən verir.

Qeyd edək ki, Damianos Kattar son günlərdə istefaya gedən ikinci livanlı nazirdir.

Daha əvvəl informasiya naziri Manal Abdel Səməd istefaya getmək barədə qərar qəbul edib. İnfomrasiya naziri istefaya getməsinin səbəbini Beyrutun limanındakı partlayışla izah edib.

//Trend