Livanda etirazçılar əsas yolları bağladılarbackend

Livanda etirazçılar əsas yolları bağladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanda davam edən etiraz aksiyası çərçivəsində paytaxt Beyrutun əsas magistral yolları bağlanıb.

Editor.az Trend-ə istinadən bildirir ki, etirazçılar səhər saatlarından etibarən paytaxtın şimal hissəsində yanan təkərlərdən və zibil qablarından ibarət barrikadalar qurub.

Eyni zamanda, ölkənin şimalındakı Biblos və Batrun şəhərlərində, eləcə də cənubdakı Sayda və Tir şəhərlərində yollar bağlanıb.

Etirazçılar ölkə hökumətindən iqtisadi böhrandan çıxış üçün fəaliyyətə keçməyi tələb edir.