Livanda hücum zamanı iki İsrail əsgəri yaralanıbbackend

Livanda hücum zamanı iki İsrail əsgəri yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Yuxarı Qaliley bölgəsindəki Kibbutz Ayelet HaShahar yaxınlığında top gülləsinin düşməsi nəticəsində bir zabit və bir əsgər yaralanıb.

Bu barədə IDF Telegram kanalında məlumat verilib. “Son bir saat ərzində Yuxarı Qalileydə sirenlər səslənib və Livan sərhədini keçərkən bir neçə şübhəli hava hədəfi görülüb. Cavab olaraq çoxlu ələ keçirən raketlər atılıb, onlardan biri Ayelet HaShahar yaxınlığında yerə düşüb. İsrail yanğınsöndürmə idarəsi hücumdan sonra başlayan yanğını söndürmək üçün çalışır”,- açıqlamada bildirilib.

Qrupdan verilən açıqlamaya əsasən Əl Hadath Livanın şiə təşkilatı Hizbullahın son hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Nəşrin məlumatına görə, hücum birbaşa olaraq İsrail ordusunun 91-ci diviziyasının kazarmalarını hədəf alıb. Hizbullah hücumun çoxlu ölüm və yaralanmalara səbəb olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az