Livanda peycerlərin kütləvi partlayışları 2,8 min nəfərin xəsarət almasına səbəb olub.
Belə bir məlumat Livanın Səhiyyə Nazirliyinin rəhbəri vəzifəsini icra edən Firas Abyad tərəfindən açıqlanıb. O, aydınlaşdırıb ki, qurğuların partlaması nəticəsində azı 8 nəfər həlak olub. Ölənlərdən biri uşaqdır.
Yaralılar arasında İranın Livandakı səfiri Moctaba Amani də var. O, sahib olduğu rabitə qurğusunun partlaması nəticəsində xəsarət alıb. Yaralılara kömək etmək üçün bir neçə yüz həkim səfərbər edilib. 50 təcili yardım maşını zərərçəkənləri xəstəxanalara aparır. Fövqəladə vəziyyət Livan “Hizbullah” hərəkatı tərəfindən araşdırılır. Təşkilat hadisənin İsrail hərbçilərinin həyata keçirdiyi təxribatın nəticəsi olduğunu bildirib. BMT də narahatlığını bildirib və mülki şəxslərin ölümünü pisləyib.
//Samir Qurbanov, Editor.az