“Liverpul” “Lester”i, “Arsenal” “Vulverhempton”u məğlub edibbackend

“Liverpul” “Lester”i, “Arsenal” “Vulverhempton”u məğlub edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Liverpul” öz meydanında “Lester”i qəbul edib.

Editor.az Trend-ə istinadən bildirir ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər iki qolu Dioqu Jota (34 və 87-ci dəqiqələr) vurub.

Digər oyunda “Arsenal” “Vulverhempton” səfərinə yollanıb. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. Yeganə qolu 25-ci dəqiqədə Qabriel vurub.

Qeyd edək ki, “Liverpul” 24 tur ərzində keçirdiyi 23 oyuna 51 xal toplayıb və turnir cədvəlinin ikinci sırasında qərarlaşıb. “Arsenal” 22 oyuna 39 xalla beşinci pillədədir.