“Liverpul” Nunesi transfer edəcəyini açıqlayacaqbackend

“Liverpul” Nunesi transfer edəcəyini açıqlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyanın “Benifika” klubunda möhtəşəm performans sərgiləyən Darvin Nunes İngiltərənin “Liverpul” klubuna transfer olmaq ərəfəsindədir. Editor.az “The Times”ə istinadən xəbər verir ki, “Liverpul” Nunesin klubu “Benifika” ilə razılaşıb.

Razılaşmaya əsasən “Liverpul” tərəfi “Benifika”ya 75 milyon avro ödəyəcək. Bundan əlavə Nunesin özünə oyun sayına görə 15 milyon avro ödəniləcək. Əgər Nunes oyunlar zamanı əla performansla yadda qalarsa, ona daha əlavə 10 milyon avro ödəniləcək.

İngilis nəşrinin məlumatına görə, artıq 22 yaşlı futbolçu ilə razılıq əldə olunub.

Darvin Nunesin kluba transfer olmasında klubun baş məşqçisi Yürgen Klopun və klubun müdafiəçisi Virgil Van Dijkin böyük rolu olub.

Qeyd edək ki, Darvin Nunes arxada qoyduğumuz mövsümdə “Benifika” forması ilə 41 oyunda meydana çıxıb. O bu 41 oyunda 34 qol vurmağa nail olub.

//Nəzərbəy Hacıağayev, Editor.az