“Liverpul” yeni mövsüm üçün ilk transferini həyata keçiribbackend

“Liverpul” yeni mövsüm üçün ilk transferini həyata keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında “Liverpul” “Mançester Siti”dən sonra ikinci pilləni tutub.

Editor.az “Sporx” a istinadən xəbər verir ki, “Liverpul” gələcək mövsüm Premyer Liqada mübarizə aparacaq “Fulham”ın formasını geyinən Fabio Karvalho ilə razılaşıb.19 yaşlı futbolçu ilə iyulun birində 5 illik müqavilə imzalanacaq. O, mövsüm ərzində “Fulham”ın heyətində 36 oyunda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Liverpul” bu transferin baş tutması üçün 5.9 milyon avro ödəyib. Eyni zamanda da qazanılacaq hər hansısa bir uğur qarşısında oyunçuya 3.2 milyon avro ödəniləcək.

//Nəzərbəy, Editor.az