Liviya Müdafiə Nazirliyi Tripolidə uğurlu hərbi əməliyyat keçirdiyini açıqlayıbbackend

Liviya Müdafiə Nazirliyi Tripolidə uğurlu hərbi əməliyyat keçirdiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviyanın paytaxtı Tripolidə Prezident Şurasının Təhlükəsizlik Xidmətinin komandiri Əbdülqani əl-Kiklinin öldürüldüyü bildirilən qarşıdurmanın bitdiyi bildirilir.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Müdafiə Nazirliyi paytaxt Tripolidə hərbi əməliyyatın uğurla keçdiyini açıqlayıb.

GNA Müdafiə Nazirliyinin rəsmi saytında deyilib: “Hərbi əməliyyat uğurla başa çatıb. Nazirlik bölgədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün planın tamamlanmasına dair tapşırıqlar verib”.

Qeyd edək ki, ötən gecə Tripolinin cənubundakı bəzi məhəllələrdə silahlı toqquşmaların baş verdiyi bildirilib. Qarşıdurmalarda Prezident Şurasının Təhlükəsizlik Xidmətinin komandiri Abdelqani əl-Kiklinin öldürüldüyü açıqlanıb. Əl-Kiklinin GNA Müdafiə Nazirliyinə tabe olan 444-cü Döyüş Briqadasının qərargahında güllələndiyi bildirilib.

Daxili İşlər Nazirliyi paytaxtda yaşayan insanları evdə qalmağa çağırıb. Tripoli Təcili Yardım Xidməti toqquşmalarda ən azı 6 nəfərin yaralandığını bildirib

//Gülnarə Abasova, Editor.az