Liviya paytaxtı bir anda qarışdı: şəhərdə atışma səsləri eşidilirbackend

Liviya paytaxtı bir anda qarışdı: şəhərdə atışma səsləri eşidilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviyanın “Əl Vasat” telekanalı Tripoli Hərbi Dairəsinin 444-cü briqadasının qərargahında Liviya Prezident Şurası yanında Liviya Sabitliyə Dəstək Aparatının (SSA) rəhbəri Abdel Qani əl-Kiklinin öldürülməsi barədə məlumat yayıb.

Bunun ardınca Liviya paytaxtının bir sıra bölgələrində atışma səslərinin eşidildiyi bildirilir.
Tripolidəki atışma barədə “Mayadeen” nəşri də məlumat yayıb. Nəşrin məlumatına görə, Ayn Zara və Salah əd-Din ərazilərində atəş səsləri eşidilib. Daxili İşlər Nazirliyi Tripoli sakinlərini evlərini tərk etməməyə çağırıb. Şəhərdə səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilib: bütün təcili və təxirəsalınmaz tibbi yardım şöbələri yüksək hazırlıq vəziyyətindədir.

Tripoli Universiteti fəaliyyətini dayandırıb, dərsləri və imtahanları ləğv edib. Mitiqa Beynəlxalq Hava Limanı da müvəqqəti bağlanıb, uçuşlar Misrata hava limanına istiqamətləndirilib.

//Samir Qurbanov, Editor.az