Rusiyanın qaz daşıyıcısı olan “Arctic Metagaz” şirkətinə Liviyadan buraxılan Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsi hücum edib.
Bu barədə Fransanın RFI radiostansiyası tərəfindən yayımlanan araşdırmada bildirilib.
Jurnalistlər qaz daşıyıcısının Ukraynaya məxsus “Magura V5” pilotsuz yerüstü gəmisi tərəfindən hücuma məruz qaldığını aşkar ediblər.
O, Ukrayna qoşunlarının yerləşdiyi Mellit şəhərindəki bazadan buraxılıb. Mellit, Misrata, Tripoli və Zaviya şəhərlərində 200-dən çox Ukrayna əsgərinin olduğu qeydə alınıb.
Globalinfo.az

