Feldmarşal Xəlifə Həftarın başçılıq etdiyi Liviya Milli Ordusuna aid silahlı birləşmələr Milli Razılaşma Hökumətinin əməliyyat qərargahını məhv edib.
“Liviya hərbi hava qüvvələrinin zərbələri bir sıra mövqelərə, o cümlədən, diplomatik kluba, məscidə aparan yola tuş gəlib”, – deyə məlumat da qeyd edilir.
Məlumatda qeyd olunur ki, yüksək dəqiqlikli zərbələr nəticəsində Usama əl-Cüvalinin komandanlıq etdiyi əməliyyat qərargahı tamamilə məhv edilib.
Bundan əvvəl Liviya Milli Ordusunun baş komandanlığına aid hərbi düşərgənin silahlı hücuma məruz qaldığı, nəticədə, doqquz əsgərin öldüyü bildirilirdi.
Mayın 3-də isə Liviya ordusunun Tripolinin dörd rayonunu nəzarətə götürdüyü xəbər verilmişdi.
//oxu.az

