Liz Trass istefaya gedə bilərbackend

Liz Trass istefaya gedə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Mühafizəkarlar Partiyasının üzvləri bu ayın əvvəlində vəzifəsinin icrasına başlayan baş nazir Liz Trassa etimadsızlıq elan etməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bu barədə sentyabrın 26-da “Sky News” telekanalı keçmiş baş nazir Boris Conson hökumətinin tərkibində olan mühafizəkarlara istinadən məlumat yayıb. Məlumata görə, mühafizəkarlar Partiyası artıq Trassa etimadsızlıq haqqında imza toplamağa başlayıb. “Sky News”-un həmsöhbətinin sözlərinə görə, buna səbəb hökumətin iqtisadi böhrandan çıxmaq üçün elan etdiyi tədbirlərin qənaətbəxş olmamasıdır. Keçmiş nazir iddia edir ki, Trass “bazarlara və İngiltərə Bankına meydan oxuyur” və bu, ölkə iqtisadiyyatını məhv edə bilər. Bəzi Mühafizəkar deputatlar Trass hökumətinə etimadsızlıq səsverməsi üçün imzaların toplanması barədə heç nə bilmədiklərini söyləsələr də, “bənzər bir hadisənin ola biləcəyini” də istisna etməyiblər.

//Samir,Editor.az