Liz Trass Putini “adam oğurluğunda” ittiham etdibackend

Liz Trass Putini “adam oğurluğunda” ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiya prezidenti Vladimir Putini ukraynalı mülki insanları qaçırmaq kimi mənfur taktikadan istifadə etməkdə ittiham edib.

Bu barədə Editor.az “Avropa həqiqətləri”nə istinadən məlumat yayıb.

“Putin Ukrayna xalqına qarşı iyrənc taktikalardan, o cümlədən günahsız mülki şəxslərin oğurlanmasından istifadə etməkdə davam edir. O, məqsədlərinə çatmadıqca ən ifrat tədbirlərə əl atacaq. Putin Ukraynada uğursuzluğa düçar olmalıdır.”- britaniyalı nazir öz twitter hesabında yazıb.

Qeyd edək ki, Truss bu açıqlamasını Ukraynanın “Zmina” hüquq-müdafiə mərkəzinin əsir götürülən onlarla adamın şəxsiyyətinin müəyyənləşdirdiyini bəyan etdikdən sonra verib. Qrup həmçinin minlərlə ukraynalının öz iradəsi olmadan zorla Rusiyaya aparıldığını da iddia edir. Truss bildirib ki, Ukrayna Rusiya ilə sülh danışıqlarında güzəştə getməməlidir.

//Editor.az