Lökbatanda vulkan püskürdü – VİDEObackend

Lökbatanda vulkan püskürdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb.

Püskürməni əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Videoda palçıq kütlələrinin bir neçə metr yüksəkliyə atıldığı görünür.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılıb.