London dünyanın əsas maliyyə mərkəzi statusunu itiribbackend

London dünyanın əsas maliyyə mərkəzi statusunu itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London ilk dəfə olaraq dünyanın əsas maliyyə mərkəzi statusunu əldən verib.

Editor.az bildirir ki, bu barədə “Financial Times” (FT) biznes nəşri məlumat yayıb. Əgər əvvəllər Britaniya paytaxtı hər zaman vahid lider idisə, indi Amerika Nyu-Yorku ilə çempionluğu bölüşür. Rəqabət qabiliyyətlilik sahəsində bu şəhərlər eyni sayda – 60 xal toplayıblar. London innovasiya, maliyyə miqyası, biznes infrastrukturu, davamlılıq və tənzimləmə sahələrində, Nyu-York isə texnologiyaya sərmayə qoymaqda, sövdələşmələr bağlamaqda və davamlı maliyyələşdirmə alətlərində daha yaxşı işlər görmək sahəsində üstün olublar.

Qeyd edək ki, ərəb ölkələri tədricən dünyanın əsas pul mərkəzlərinə çevrilirlər. Bunu Qətərdə keçirilən futbol üzrə Dünya Kuboku əyani şəkildə nümayiş etdirdi. Belə xərclər ərəb şeyxlərinə neft ticarətindən böyük gəlir əldə etməyə imkan verir. Həm də Fars körfəzi ölkələrinin rifahının yeganə amili təkcə pul deyil.

  //Samir Qurbanov,Editor.az