London müdafiəyə daha 3,7 milyard dollar xərcləyəcəkbackend

London müdafiəyə daha 3,7 milyard dollar xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya hərbi ehtiyaclar üçün əlavə 2,9 milyard funt-sterlinq (3,7 milyard dollar) ayırmağı planlaşdırır.

Editor.az “The Daily Telegraph”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin kansleri Reyçel Rivs məlumat verib.

Nəşrin məlumatına görə, əlavə maliyyə ayrılması hökumətin büdcə çıxışı zamanı açıqlanacaq. 400 milyon funt-sterlinq hərbi qulluqçuların maaşlarının 6% artırılmasına yönəldiləcək. Pul həm də Ukrayna ordusuna təhvil verilən silah ehtiyatlarını əvəz etmək üçün istifadə olunacaq. Müdafiə xərclərinin ÜDM-in təxminən 2,3%-i səviyyəsində qalacağı güman edilir.

Qeyd edək ki, oktyabrın 23-də Britaniya müdafiə nazirinin müavini Luke Pollard krallığın 200 ukraynalı pilota F-16 döyüş təyyarələrini idarə etmək üçün təlimini başa çatdırdığını açıqlayıb. Oktyabrın 17-də Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, NATO Rusiyaya təzyiqi artırmaq və münaqişədə Ukraynanın qələbəsini təmin etmək üçün yaxın aylarda Ukraynaya dəstəyini artırmalıdır.

//Gülnarə Abasova, Editor.az