London silah və partlayıcı maddələr istehsalını kəskin şəkildə artırmağı planlaşdırırbackend

London silah və partlayıcı maddələr istehsalını kəskin şəkildə artırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Amerika və Fransa təchizatlarından müstəqil olmaq üçün partlayıcı maddələr və 155 mm-lik artilleriya mərmilərinin istehsalını əhəmiyyətli dərəcədə artıracaq.

Editor.az bu barədə “The Times” qəzetinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyada 155 mm-lik mərmilərin yeganə istehsalçısı olan hərbi-sənaye şirkəti BAE Systems əvvəllər RDX (heksogen) partlayıcılarını ABŞ və Fransadan almış, lakin ABŞ prezidenti Donald Trampın siyasətinə görə Amerika partlayıcılarını almamaq qərarına gəlib.

Bu kontekstdə BAE Systems RDX istehsalını öz daxilində həyata keçirəcək və qarşıdakı iki il ərzində güllə istehsalını 16 dəfə artırmağı hədəfləyir.

“The Times” qeyd edir ki, Britaniya istehsalçısı sursatların istehsalında Amerika komponentləri və ya materiallarından istifadə etməyəcək, ona görə də onlar ABŞ-ın Beynəlxalq Silah Dövriyyəsi Qaydalarına daxil olmayacaq. Bildirilib ki, bu, BAE Systems-ə heç bir Amerika məhdudiyyəti olmadan mərmilərdən istifadə etməyə və satmağa imkan verəcəkdi.

//Gülnarə Abasova, Editor.az