Lotu Qulinin adamını Kamçatkada tutdular: Ora kim göndərmişdi?backend

Lotu Qulinin adamını Kamçatkada tutdular: Ora kim göndərmişdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kamçatka diyarında azərbaycanlı kriminal avtoritet Cəmşir Məmmədov saxlanılıb.

Editor.az lent.az-a istinadən bildirir ki, C.Məmmədov Lotu Qulinin varisi Namiq Səlifovun adamı kimi tanınır. “Brodyaqa” ləqəbli Məmmədov Ukraynada həbs həyatı yaşayıb.

2021-ci ilin sentyabrında isə Sankt-Peterburqa köçüb. Həmin vaxt o, xüsusi tapşırıq alıb. Namiq onu Kamçatkaya göndərərək yarımadada nəzarəti ələ keçirməyi tapşırıb.

Cəmşir Məmmədov 2021-ci ilin dekabrında Kamçatkaya gəlib və orada “qara kassa” yaradıb. Sahibkarları ona külli miqdarda pul verməyə məcbur edib.

Hazırda C. Məmmədov Kamçatkada təcridxanada saxlanılır.