Lui Bononun Azərbaycana səfəri nə vəd verir?-AÇIQLAMAbackend

Lui Bononun Azərbaycana səfəri nə vəd verir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyiniz kimi, Lui Bono sonuncu dəfə may ayında bölgədə olub. O, həm Bakıda, həm də İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə etmişdi”.

Bu fikirləri Editor.az-a AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun bu həftə regiona səfər edəcəyi ilə bağlı verilən xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu həftə baş tutacaq səfər ilk görüşün davamı olacaq:

“Sülh məsələsinin həlli istiqamətində müəyyən addımlar atıla bilər. Sadəcə burada əsas məqam sülhün kimin vasitəsi ilə əldə olunmasıdır. Bu baxımdan ABŞ və Rusiya arasında mübarizə gedir. Çünki sülhün bərqərar olmasında vasitəçi olan ölkə bundan sonra regionda söz sahibliyini ələ keçirəcək. Son üç ayda Lui Bononun regiona ikinci səfəri də məhz bununla əlaqəlidir. ABŞ artıq Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir. Rusiya isə əksinə bölgədə qalmaq üçün istənilən təxribatlara əl ataraq prosesi uzatmaqla məşğuldur. Ermənilərin son zamanlar Qarabağda törətdikləri təxribatların arxasında da Rusiya dayanır. Ümumiyyətlə, bu sülh prosesinin sonda bizim üçün müsbət nəticələnəcəyini hesab edirəm. İstənilən halda bu sazişin kimin vasitəçiliyi ilə imzalanmasından daha çox bizə onun məğzi maraqlı olmalıdır. Bizim haqlı tələblərimizə uyğun sülh sazişinin imzalanmasına biz məkandan və vasitəçidən aslı olmayaraq hazırıq”.

//Safura Bənnayeva, Editor.az