Luis Bononun Cənubi Qafqaza səfəri başlayır: baş məslətçi ilk olaraq Bakıya gələcəkbackend

Luis Bononun Cənubi Qafqaza səfəri başlayır: baş məslətçi ilk olaraq Bakıya gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz üzrə danışıqlar üzrə ABŞ-dan olan baş məsləhətçi Luis Bono gələn həftə Bakıya gələcək. O, Ermənistan və Gürcüstan paytaxtlarına da səfər etməyi planlaşdırır.

Editor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib. Onun sözlərinə görə, Vaşinqton Bononun Cənubi Qafqaz ölkələrinə səfərlərinin müntəzəm xarakter alacağına ümid edir. Yeni müşavir ilk olaraq Azərbaycan paytaxtına, daha sonra isə digər iki qonşu dövlətin paytaxtına səfər edəcək.

Bono Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərliyi ilə görüşəcək və ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməsinin nümayişi olacaq. Müşavir həmçinin ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini ifadə edəcək.

Praysın sözlərinə görə, Bononun regiona səfərindən Antoni Blinken, İlham Əliyev və Nikol Paşinyan arasında Münhen görüşünün nəticələrinin daha da inkişaf etdirilməsi üçün istifadə oluna bilər.

  //Samir Qurbanov, Editor.az