Luis Suarez üç klubun diqqətindəbackend

Luis Suarez üç klubun diqqətində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 İspaniyanın “Atletiko Madrid” klubunun Uruvaylı ulduz futbolçusu Luis Suarezi üç nəhəng Avropa klubu transfer etmək istəyir.
Editor.az Türkiyənin “sporx”saytına istinadən verdiyi məlumata görə, İtaliyanın “İnter”, İspaniyanın “Sevilya” və Hollandiyanın “Ayaks” komandaları Uruqvaylı forvardı heyətində görmək istəyir. “Marca” nəşrinin məlumatına görə Suarezə yeni bir təklif gəlmədiyi halda klubu tərk edəcəyini bildirdib. O qeyd edib ki, Dünya Çempionatında Uruqvayı layiqincə təmsil etməyim üçün yüksək liqada mübarizə aparan klubların birində oynamağa ehtiyacım var. Xatırladaq ki, Luis Surarez cari mövsümdə “Atletiko Madrid”in heyətində 35 dəfə meydana çıxıb. 35 oyunda 11 dəfə qapçıları məyus etməyi bacaran hücumçu iki dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az