Luka Yoviç İtaliya klubundabackend

Luka Yoviç İtaliya klubunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in böyük ümidlərlə heyətinə qatdığı ancaq gözlənilən oyunu sərgiləyəmən Luka Yoviç İtaliya klubuna icarəyə verilir. Editor.az “AS”a istinadən xəbər verir ki, serb mərkəz hücumçusunun icarəsi üçün İtaliyanın Fiorentina klubu ilə razılıq əldə olunub. 2025-ci ilə qədər “Real Madrid”ə məxsus olan futbolçunun maaşını hər iki klub birgə ödəyəcək.

Bundan əvvəl Yoviç İstanbul klubu “Beşiktaş”a təqdim olunmuşdu. Ancaq “qara-qartallar” Vout Veghortsun və Aleksandır Şörtlotun transferinə daha çox diqqət ayırdı.

Qeyd edək ki, Luka Yoviç 2021-ci ilin yayında 63 milyon avroya “Ayntraxt Frankfurt”dan transfer olmuşdu.

//Nəzərbəy, Editor.az