Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Federal Məclis Federasiya Şurasının sədri Valentina Matvienko ilə telefonla danışıb.
Editor.az bu barədə BELTA-ya istinadla xəbər verir.
Agentliyin məlumatına görə, telefon danışıqlarında Rusiya və Belarus arasında əlaqələrin inkişafı, eləcə də oktyabrın əvvəlində keçiriləcək sammit görüşü müzakirə olunub. BELTA-nın məlumatına görə, Tacikistan, Azərbaycan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, İlham Əliyev və Şavkat Mirziyoyev də Lukaşenkoya zəng ediblər. Siyasətçilər Belarus liderini ad günü münasibətilə təbrik ediblər.
Qeyd edək ki, avqustun 30-da Lukaşenkonun 70 yaşı tamam olub.
//Gülnarə Abasova, Editor.az

