Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, bugünkü şəraitdə ölkə ərazisində müharibə olmayacaq.
Editor.az xəbər verir ki, Lukaşenko bu barədə “Biz belaruslarıq” adlı vətənpərvərləri bir araya gətirən forumda çıxış edib.
“Müasir şəraitdə Belarus ərazisində müharibə olmayacaq, bu, mümkün deyil. Çünki biz dünyanın ən sülhsevər xalqıyıq. Biz nə nüvə silahlarını, nə də “Vaqner” kimi birləşmələri bilmirik və heç kəsi təhdid etmirik. Ancaq Allah eləməsin, bu istiqamətdə bir inkişaf olarsa, hamımız Brest qalasına çevriləcəyik”,-deyə o bildirib.
Qeyd edək ki, Brest qalası Böyük Vətən Müharibəsi illərində Sovet İttifaqının faşist Almaniyası ilə qarşılaşdığı zaman Sovet müqavimətinin simvoluna çevrilib.
//Gülnarə Abasova, Editor.az

