Lukaşenko: Biz Rusiya ilə birgə qaz və neft bazarlarının yaradılması barədə razılığa gəldikbackend

Lukaşenko: Biz Rusiya ilə birgə qaz və neft bazarlarının yaradılması barədə razılığa gəldik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Lukaşenko ölkəsinin Rusiya ilə birgə qaz və neft bazarlarının yaradılmasına dair üç illik müqavilə imzaladığını açıqlayıb.

Editor.az xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, hazırda iki ölkə arasında əldə olunmuş razılaşmaların mövcud sənədlərə əlavə edilməsi istiqamətində iş aparılır. Dekabrın 16-da Putinin Minskə səfəri ərəfəsində Lukaşenko bəyan edib ki, Rusiya ilə vahid qaz bazarının yaradılması üçün müəyyən edilmiş müddət kəsilib.

Dekabrın 19-da Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, dövlət başçıları arasında danışıqlardan bir qədər əvvəl tərəflər qaz bazarı ilə razılaşmalar əldə edilsə də iki liderin həll etməli olduğu bəzi məsələlər var.

//Gülnarə Abasova, Editor.az