Lukaşenko böyük oğlunu işdən çıxardıbackend

Lukaşenko böyük oğlunu işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktoru özünün milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısının mətbuat xidməti bildirib ki, Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edilib.

“Dövlət başçısı Aleksandr Lukaşenko müvafiq Fərmanı fevralın 26-da imzalayıb”, – mətbuat xidməti tərəfindən yayımlanmış məlumatda deyilir.

Qeyd edək ki, Viktor Lukaşenko fevralın 26-da Belarusun Milli Olimpiya Komitəsinin prezidenti seçilib.