Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxın olmayıbbackend

Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxın olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, dünya heç vaxt nüvə müharibəsi astanasına indiki qədər yaxın olmayıb.

Editor.az bu barədə Belarusiyanın dövlət xəbər agentliyi “Belta”nın verdiyi məlumata istinadla xəbər verir. Lukaşenko həmçinin qeyd edib ki, Qərb siyasətçilərinin bəyanatları təkcə Avropa qitəsində deyil, bütün dünyada gərginliyin artmasına səbəb olub: “Belarus ordusunda taktiki nüvə silahlarının istifadəsinə nəzarət müdafiə məqsədi daşıyır”.

Belarus ordusundakı qeyri-strateji nüvə qüvvələri və nüvə silahı daşıyıcı maşınlara qarşı başladılan qəfil yoxlamanı qiymətləndirən Lukaşenko, “Bu gün cavab tədbirlərinin ikinci mərhələsinə keçirik. Biz ilk dəfə olaraq qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı məsələlər üzərində işləməyi planlaşdırırıq. Təftiş yalnız müdafiə məqsədi daşıyır”,-deyə bildirib.

//Gülnarə Abasova, Editor.az