Lukaşenko əli sarğılı halda ictimaiyyət qarşısına çıxdı – FOTObackend

Lukaşenko əli sarğılı halda ictimaiyyət qarşısına çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 9-dan bəri ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

O, respublikanın Hərbi Hava Qüvvələri və Raket Hücumundan Müdafiə Qoşunlarının mərkəzi komandanlıq məntəqəsinə gəlib.

Dövlət başçısı əli sarğılı halda görüntülənib ki, bu da onun xəstəliyi barədə gəzən şayiələri təsdiqləyib.

Xatırladaq ki, mayın 9-da Moskvada Qələbə Paradında iştirak edən Lukaşenkonun halı qəfil pisləşib. O, təcili Minskə qayıdıb.