Rusiya prezidentini Su-35 əvəzinə, Su-25 dedi, çaşqınlıq yarandı
Rusiya və Belarus liderlərinin Sankt-Peterburqdakı bu günkü görüşündə Vladimir Putin və Aleksandr Lukaşenko birgə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə razılığa gəliblər. Rusiya prezidenti Belarusa nüvə raketləri də daxil olmaqla ballistik və qanadlı raketləri olan “İsgəndər-M” operativ-taktiki raket sistemləri veriləcəyini deyib. Bundan əlavə, Belarus Hərbi Hava Qüvvələrinin təyyarələrinin nüvə silahı daşımaq üçün modifikasiyası məsələsinin öyrənilməsi vəd edilib. Amma təyyarələrlə bağlı prezident Putinin səsləndirdiyi söz müəyyən çaşqınlıq yaranıb.
Altı NATO ölkəsinin artıq 250-yə yaxın taktiki nüvə bombası daşıyıcısına malik olmasından danışan Putin, Lukaşenkoya Belarus qırıcılarının nüvə silahı daşıyacaq şəkildə modifikasiya edilməsini təklif edib. Eyni zamanda, Putin bu təyyarələri Su-25 adlandırıb. Bütün Rusiya və Belarus mediası Putinin bu bəyanatını eyni ilə yayımlayıblar ki, bu da çaşqınlığı daha da artırıb.
![]()
Məlumdur ki, Su-25 hücum təyyarəsidir. Onun təyinatı döyüş meydanında piyada qoşunlarına birbaşa dəstək verməkdir və qətiyyən nüvə silahı daşımaq üçün deyil. Su-25-lər kiçik döyüş radiusuna və nisbətən az sursat kütləsinə malikdir.Yəni nüvə silahı daşıyımaq kimi funksiyası yoxdur. Putinin nəzərdə tutduğu başqa təyinatlı 4++ nəslinə aid çoxfunksiyalı qırıcısı Su-35-dir. Bu təyyarələr 8 tona qədər raket və bomba daşıya bilir. Bu qırıcılar hava və yer hədəflərində fəaliyyət göstərməyə qadirdir, kifayət qədər uzunmüddətli uçuş məsafəsinə malikdir, yəni nüvə raketlərini lazımi yerə çatdırmaq üçün kifayət edəcək məsafəyə uça bilir. Bu təyyarə düşmənin hava hücumundan müdafiə sistemlərindən də yaxşı qorunur. Təyyarələr özünün effektivliyini Suriyada sübut edib.
![]()
Putin də məhz bunu nəzərdə tuturdu, amma gördüyü kimi, Su-35 əvəzinə, Su-25 deyib ki, bu da istər-istəməz çaşqınlıq yaradıb.
Bu yanlışlıq Rusiya prezidentinin rəsmi saytında-kremlin.ru düzəldilib.
![]()
Bu arada isə məlum olub ki, Litva Rusiya Federasiyasının Belarusdan hücumundan ehtiyat edərək NATO-dan əlavə yardım istəyib. Litva Prezidenti Gitanas Nauseda Rusiyanın onlarla müharibəyə başlamaq üçün tramplin kimi Belarus Respublikasından istifadə etməsinin qarşısını almaq üçün Alyansa müraciət edib. O, NATO-nu Baltikyanı ölkələrdə mövcudluğunu gücləndirməyə çağırıb. Qeyd edək ki, prezidentlərin bugünkü görüşündə Litvanın Rusiyanın anklavı olan Kalininqradın nəqliyyat kommunikasiyalarını blokadaya alması yönündə müzakirələrdə bu ölkəyə qarşı sərt tədbirlərin görüləcəyi də anons edilib.
Musavat.com

