“Belarusda “S-400″ zenit-raket kompleksi və “İsgəndər” raket kompleksi döyüş vəziyyətinə gətirilib”.
Editor.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Lukaşenko Belarusa verilən silahlara görə Putinə təşəkkür edib: “Sizin Belarusa təhvil verdiyiniz “S-400″ kompleksini və altı ay əvvəl söz verdiyiniz “İsgəndər” komplekslərini bu gün döyüşə hazır vəziyyətə gətirmişik”.
Dövlət başçıları təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq haqqında razılığa gəldiklərini qeyd ediblər. Xüsusilə, Putin bildirib ki, Rusiya belarus pilotlarına “xüsusi döyüş başlığı olan” təyyarələrdə təlim keçəcək.
//Samir Qurbanov, Editor.az

