Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin xalqlarına qarşı daimi hibrid müharibəsi aparılır.
Editor.az BelTa-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. “Xalqlarımıza qarşı daimi hibrid müharibə aparılır”, – Belarus lideri MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirliyi rəhbərləri Şurasının iclasının iştirakçıları ilə görüşündə deyib. Onun sözlərinə görə, Birlik ölkələrinin hər biri artıq ən azı bir “rəngli inqilab”, yəni çevriliş cəhdi yaşayıb. Lukaşenko hesab edir ki, MDB ölkələri müxtəlif üsullardan, o cümlədən qeyri-qanuni birtərəfli iqtisadi sanksiyalardan istifadə edərək daxildən mübarizə aparmağa və parçalanmağa çalışır.
//Gülnarə Abasova, Editor.az