Belarus prezidenti Aleksandr Lukaşenko bəzi keçmiş sovet ölkələrinin qarşılığında heç nə təklif etmədən Rusiyadan faydalanmağa çalışdığı barədə fikir bildirib.
Editor.az xəbər verir ki o, bu barədə Belarusun “Belarus 1” telekanalında yayımlanan müsahibəsində bildirib. “Rusiya ilə əslində eyni gəmidəyik. Alarsa, birlikdə boğularaq. Müttəfiqlik əlaqələrimizi gizlətməyə ehtiyac yoxdur. Biz heç nə vermədən Rusiyadan istifadə etmək istəyən bəzi başqa dövlətlər kimi davranmırıq”, – Lukaşenko bildirib. Dövlət başçısı əlavə edib ki, bu vəziyyət davam edə bilməz: “Gəlin birlikdə olaq. Dəstək üçün Rusiyaya üz tutacağınız vaxt uzaqda deyil. Böhran zamanı Qazaxıstanda olduğu kimi hamı kömək üçün Putinə müraciət edəcək. Və biz yenə də (KTMT) ora qüvvələr göndərməklə və iğtişaşları sakitləşdirməklə operativ cavab verəcəyik”,- deyib.
O, fövqəladə hallarda MDB ölkələrinin yardım üçün yenidən Rusiya və Belarusa müraciət edəcəyinə əmin olduğunu bildirib. Prezident postsovet məkanında iqtisadi əlaqələrin qorunub saxlanmasının vacibliyini də vurğulayıb. “Amerikada və ya Aİ-də kim Qazaxıstandan və ya Özbəkistandan mal gözləyir? Yox, Rusiyaya satmağa çalışırlar. Bizim ümumi bazarımız var və onu itirmək məsləhət deyil”, – Lukaşenko əlavə edib. O, Ermənistandakı vəziyyətə də münasibət bildirib: “Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər və öz resurslarına diqqət yetirsinlər. Fransa, yoxsa Makron? Sabah o yox olacaq və hamı Ermənistanı unudacaq”, – deyə o, yekunlaşdırıb.
//Gülnarə Abasova, Editor.az

