Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya paytaxtına işgüzar səfərə gəlib.
Publika.az xəbər evrir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Belarus liderini səfərdə respublika tarixində ilk qadın kosmonavt Marina Vasilevskaya müşayiət edir.
Aprelin 12-də iki ölkə liderlərinin Kosmonavtika Günü ilə bağlı tədbirlərdə iştirakı planlaşdırılır.