Lukaşenko nədən qorxur?backend

Lukaşenko nədən qorxur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko nüvə silahından istifadəni qəbuledilməz hesab edir, lakin o, Rusiyanın belə bir planının olub-olmadığından xəbərsizdir.

Bu barədə Editor.az BelTA-ya istiandən xəbər verir. “Nüvə silahından istifadə qəbuledilməzdir, həm də ona görə ki, bu, bizim yanımızda – burada baş verəcək, ABŞ-da – okeanın o tayında deyil.

Bu, qətiyyən qəbuledilməzdir… Yer kürəsinin orbitdən qopması və kimin kimin hara uçacağı bəlli deyil. Ümumiyyətlə, nüvə silahından istifadə qəbuledilməzdir. …Rusiya buna əl ata bilərmi? – deyə bilmərəm. Bu sualı Rusiya rəhbərliyinə vermək lazımdır”. “BelTa” dövlət agentliyinin məlumatına görə, jurnalist Lukaşenkonun Ukraynada hərbi əməliyyatların uzadılması halında nüvə silahından istifadənin hipotetik mümkünlüyü ilə bağlı fikri ilə maraqlanıb və onun bunu ümumiyyətlə məqbul hesab edib-etmədiyini soruşub. O isə bunu “Qırmızı xətt” adlandırıb.

Editor.az