Lukaşenko ordunu tam hazır vəziyyətə gətirdibackend

Lukaşenko ordunu tam hazır vəziyyətə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyada silahlı üsyana cəhd zamanı ordunun tam döyüş hazırlığına gətirilməsi barədə göstəriş verib.

Editor.az “Pul Pervoqo”ya istinadla xəbər verir ki, Lukaşenko deyib: “Mən bütün əmrləri verdim ki, ordu hazır vəziyyətə gətirilsin”.

O qeyd edib ki, Rusiyanın cənubunda baş verən hadisələri izləmək onun üçün ağrılı olub:

“Bir çox vətəndaşımız bunu ürək ağrısı ilə qarşıladı. Çünki vətən birdir. Brestdən Vladivostoka qədər ana vətənimizdir”.

Dövlət başçısının sözlərinə görə, ölkədə bunun üçün heç bir səbəb yoxdursa, “rəngli inqilablar” da mümükn deyil. /Yenisabah.az