Lukaşenko: “Polşa Belarusu udmağa hazırlaşır”backend

Lukaşenko: “Polşa Belarusu udmağa hazırlaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Polşa Ukraynanın bir hissəsini qoparmağa, Belarusu isə tam udmağa hazırdır”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Polşaya baxın. Bizə qarşı ən aqressiv dövlət. Başa düşmürəm niyə? Bizdə etnik polyaklar, normal insanlar var. Onlar yaxşı işləyirlər. Bəzi dəliləri var, belaruslar arasında da belələri kifayət qədərdir. Onlara (Polşa siyasətçilərinə) nə çatmır? Artıq liderlərinin də reytinqləri 30 faizdən aşağı düşüb”, – deyə o bildirib.

“Polyaklar Amerika madyanına miniblər və Avropada çapırlar. Almanlar onsuz da onlara nifrət edirlər, amma dözürlər. Niyə? Çünki amerikalılar polşalıları dəstəkləyir. Lakin onlar Belarusla işləməyəcək, bunlar müvəqqəti adamlardır. Orada danışası adam qalmayıb”, – deyə Belarus lideri əlavə edib.

Musavat.com